İctimaiyyət

“Daim qaz verilməsinin dayandırılması aysberqin ancaq görünən tərəfidir”

«Novoye Vremya» qəzetində «Hər şey müqayisədə dərk edilir. Daim qaz verilməsinin dayandırılması aysberqin ancaq görünən tərəfidir» sərlövhəli yazı yer alır.

Yazıda ölkə əhalisinin qazla təminatı iqtisadçı Natiq Cəfərli ilə təhlil edilib.

Müəllifin yazmasına görə, əhaliyə qaz verilməsində fasilələr yaranması gündəlik təcrübəyə dönüb. Yazıda vurğulanır ki, çox zaman qaz operatorları bu fasilələri xətlərdəki təmirlərlə izah edirlər, istehlakçılar isə qaz verilməsində həddən artıq çox fasilə yaranmasından şikayətçidirlər.

Yazıda daha sonra mövzuya aid konkret misallar göstərilir. Müəllif qeyd edib ki, Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsinə 15 gün qaz verilməyib. Başqa bir misal olaraq, Nizami rayonu, Qara Qarayev küçəsi göstərilir.

İqtisadçı N.Cəfərli isə deyib ki, bu məsələdə yaranan vaxtaşırı fasilələrin səbəbi qaz qıtlığı ilə bağlıdır: «Bu problemi həm də əhaliyə ayrılan daxili qaz istehlakı həcminin çoxsaylı istilik təsərrüfatlarına və başqa biznes qurumlarına verilməsi yaradır. Amma əsas səbəb artan qaz qıtlığıdır. Belə ki, hasilat azalır, ixrac və elektrik enerjisi üçün yeni mənbələr lazımdır. Məntiqi şəkildə qənaətin də əhalinin hesabına baş verdiyini düşünmək olar».

N.Cəfərlinin deməsinə görə, həm daxildə, həm də ixracda tələbat artıb…

Daha çox göstər
Back to top button