İctimaiyyət

Bakının “tıxanan” kanalizasiya problemi

Ekspert bildirir ki, Bakı ətrafındakı yaşayış ərazilərinin kanalizasiya sistemi 10 ilədək vaxt, 10-11 milyard manat vəsait tələb edir

Bakı şəhərinin kanalizasiya sistemi ilə əhatə səviyyəsi müasir dünya standartlarından xeyli geri qalır. Xüsusilə paytaxtın ətrafında yerləşən qəsəbələrdə, onlara yaxın ərazilərdə salınan yeni yaşayış sahələrində kanalizasiya ən ciddi problemlərdən biridir.

Yüz minlərlə evin tullantı suları həyətlərdə qazılmış quyulara axıdılır. Bu isə müxtəlif ərazilərdə qrunt sularının səviyyəsinin artmasına, torpağın aşınmasına səbəb olur. Təsadüfi deyil ki, son illərdə Bakının bütün sürüşmə zonalarında aktivləşmə qeydə alınıb. Nəzərə alsaq ki, son illərdə iqlim şəraitində ciddi dəyişikliklər qeydə alınıb, yağıntıların miqdarı azalıb, onda sürüşmə zonalarındakı bu aktivləşmənin əsas səbəblərindən biri kimi yeraltı suların səviyyəsinin artmasının çıxış etdiyini təbii qarşılamaq lazımdır. Bu günlərdə Badamdarda baş verən sürüşmə göstərdi ki, torpağa axıdılan sular itmir, əksinə, toplanaraq zəif nöqtələrdən “vurur”.

Ekspert bildirir ki, Bakı ətrafındakı yaşayış ərazilərinin kanalizasiya sistemi ilə əhatə olunması on ilədək vaxt, indiki qiymətlərlə hesabladıqda, 10-11 milyard manata yaxın vəsait tələb edir: “Bir zamanlar Bakının elektrik şəbəkəsinin müasirləşdirilməsi üçün də eyni qaydada on milyardlarla manatın tələb olunduğunu deyirdilər. Amma özəl şirkət gəldi və bu işi 500-600 milyon manata rahatlıqla icra elədi. Buna görə də kanalizasiya sistemi üçün də özəl sektorun yatırımlarından istifadə edilməlidir”..

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button