
İran “Megri”nin azad iqtisadi zonasının sürətli inkişafında maraqlıdır, lakin texniki problemlər səbəbindən bu proses yavaşlayır. Bu haqda Yerevanda keçirilən “Avrasiya Həftəsi” beynəlxalq forumunda öz hesabatı zamanı “Meğri” azad iqtisadiyyat zonası üzrə müdiri Aşot Zarbaryan qeyd edib.Hal-hazırda bölgəmizdə fəaliyyət genişlndirmək üçün müraciət edən “Bonvaron” adlı bir şirkət var. Hökumətdən müsbət cavab aldı və gələn ilin yanvar ayının sonunda bizim zonamızda fəaliyyətə başlayacaq.O, süd məhsulları istehsalında və ixracatıyla məşğul olacaq “ – deyərək Zarbabyan məlumatlandırıb.Onun sözlərinə görə, İranın digər şirkətləri “Meğri” azad iqtisadiyyat zonasına maraq göstərirlər, lakin hələ də əhəmiyyətli addımlar yoxdur. Onun qənaətincə, İranın “Araz” azad iqtisadi zonası ilə bağlı Memorandum nəzərdə tutulur, lakin hələ də müzakirə ərəfəsindədir. İran İslam Respublikasının Ermənistandakı ticarət nümayəndəsi Mohsen Rahimi qeyd edib ki, iranlıların bu iqtisadi zonada işləmələri faydalıdır, çünki bu, müxtəlif vergi imtiyazları və gömrük rəsmiləşdirilməsinə imkan verir. “Bu zona İrandan xarici bazarlara çıxmaq üçün bir fürsət yarada bilər”-deyərək Mohsen Rahimi yekunlaşdırıb.