Siyasət
Ukraynanın “Antonov”-u Azərbaycana təyyarələrin təchizatını ləğv etdi

Minval.az-ın yaydığı məlumata görə, Azərbaycan Ukraynadan 10 ədəd “An-178” təyyarəsi alacaqdı, lakin istehsalçı rus hissələrinə analoq tapa bilmədi və təyyarələri hazırlamadı. Müştəriyə mövcud modellərinin modernləşdirilməsini təklif etdi.
Silk Way Airlines təklifi qəbul etmədi, çünki beləliklə laynərlərin dəyəri 25 milyondan 45 milyona çatacaqdı.
Azərbaycan Ukrayna hərbi texnikasının əsas alıcılardandır və bu halda Kiyev tərəfdaşı ilə münasibətlərini pisləşdirmək riski ilə üzləşə bilər.







