Ermənistanın müsbət dinamikası əməkdaşlığın yeni imkanları yaradıb: Tusk

Avropa Şurasının sədri Donald Tusk ER baş naziri Nikol Paşinyanla görüşdən sonra dəvət edilmiş mətbuat konfransında qeyd edib ki, Ermənistan müsbət dinamikası əməkdaşlığın yeni imkanları yaradıb.
“Səfərim Avropa İttifaqının Ermənistanla və bölgə ilə əlaqələrimizin vacibliyini təsdiq edir. Bugünkü müzakirələr tərəfdaşlıq müqaviləmizin effektiv həyata keçirilməsinin vacibliyini vurğuladı. Bu, Ermənistanın müasirləşdirilməsini dəstəkləyən iddialı müqavilədir. Avropa İttifaqı bu razılaşmanın həyata keçirilməsi istiqamətində texniki və maliyyə yardım göstərməyə davam edəcək”- deyə Donald Tusl deyib.
Ermənistan və Avropa İttifaqı arasında Hərtərəfli və Geniş tərəfdaşlıq haqda saziş Brüsseldə 2017-ci ilin noyabrın 24-də imzalanıb. Bunu artıq Aİ-a 14 üzv dövlət və Ermənistan ratifikasiya edib.







