BaşlıcaTəhlil

Yerevanda keçirilmiş konfransın reaksiyaları: Talışlar məsələsi Azərbaycanı niyə sarsıdır?

24-25 mayda Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının səyləri ilə Yerevanda təşkil edilmiş “3-cü Beynəlxalq Talışşünaslıq Konfransı” Azərbaycan mətbuatında böyük səs-küyə səbəb oldu. Müzakirələr bu günədək davam edərək, sübut edir ki, talışlar məsələsi Azərbaycanda aktual məsələlərdəndir.

YDU İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Ermənistanın İctimai Radiosu-na verdiyi müsahibədə qeyd etdi ki, 1-ci və 2-ci konfranslardan sonra da reaksiyalar vardı, lakin bu cür reaksiya onlar üçün belə gözlənilməzdi.

“Bu, məsələnin Azərbaycanda çox aktual olduğunu göstərir və Bakı diktator rejiminin müxtəlif dairələrində, bu cür tədbirlərin və bu tədbirlərin talış əhalisinə olan təsirin, onlar üçün nə qədər təhlükəli ola biləcəyini hiss edirlər. Reallıqda talışlar hərəkatı indi olduqca dinamik şəkildə inkişaf edir və Azərbaycanda talışlar hərəkatı, şiə müxalifətin problemləri ilə bağlı çox ciddi gedişatlar var. Diqqətəlayiqdir ki, qonşumuz İrandan, müttəfiqimiz Rusiyadan, yerli talış icmaları və şiə xadimləri tərəfindən müsbət reaksiyalar və siqnallar mövcuddur”.

Konfrans beynəlxalqdı və bir sıra ölkələrdən bir çox məruzəçi, o cümlədən millətcə talış olan məruzəçilər iştirak edirdi. Konfransda Azərbaycanda şiə əhalisi ilə bağlı məsələlər də müzakirə olundu, çünki Talışşünaslıq bu xalqın dininə toxunmadan natamam olacaqdı.

Azərbaycanda şiə hərəkatına və bu hərəkatın liderlərindən biri olan Taleh Bağırzadəyə toxunan məruzəçilər də oldu və bu, Azərbaycanda böyük bir qorxu yaratdı.

“Azərbaycanda yerli xalqlar və şiə hərəkatı daimi təyziqlər və repressiyalar mühitindədir. Beləliklə də, bu sahədə hər hansı bir hadisə Azərbaycan içindən konfrans təşkilatçıları, məqalə dərc edən alimlərə qarşı müəyən simpati yaradır və bu çox təbbidir, çünki talış məsələsi və ya şiə müxalifətinə qarşı tətbiq edilən təyziqlər məsələsi bu icmaların səsini beynəlxalq auditoriyaya çatdırmaq məsələsiylə birbaşa əlaqədardır. Konfranslar isə, elmi və akademik metodologiya ilə bu cür məsələləri qaldırmaq və beynəlxalq auditoriyaya çatırmaq baxımından ən yaxşı platformalardır və bu da Azərbaycanda qorxular yaradır.

Vardan Voskanyan qeyd edir ki, Azərbaycan özü bu cür konfranslar təşkil etməlidir, çünki o ölkədə minlərlə talış yaşayır və erməni alimlər də təhlükəsizlik təminatları olanda həvəslə oraya gedib iştirak edəcəklər.

Vardan Voskanyan “Müsəlman Birliyi Hərəkatı”-nın Azərbaycan mətbuatının təxribatlarıyla onları “ermənipərəst” güc göstərib etibardan salmaqla bağlı bəyanatına toxunurkən deyib:

“Ümumiyyətlə, əgər biz “Müsəlman Birliyi Hərəkatı”-nın bəyanatının sətir altılarını oxusaq, açıq olar ki, əsas ox Bakı diktator rejiminə yönəlmişdir. Reallıqda bu təşkilatın çox üzvləri səsləndirmədən və görünmədən konfrans təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər. Ancaq, Azərbaycanda başqa bir şəkildə çıxış etmək üçün imkan yoxdur. Beləcə də, klasik metodologiyadan istifadə olundu: Ermənistana və konfransa qarşı bir az tənqid, əsas tənqid isə, Bakı diktator rejiminə qarşıdır”.

Özünü “multikultural” adlandıran Azərbaycanda talışların vəziyyəti və onlara qarşı sürülən siyasət son illərdə daha da pisləşdi. Bunu bir çox beynəlxalq qurumlar, həmçinin yerli sosial sahəsində çalışan talış xadimlər, talış diasporanın nümayəndələri və talış KİV-ləri qeyd edir.

“Talışlar üçün bu proseslər mənfidir, çünki talış dilinin öyrədilməsi, saxlanılması və təbliğ etməsində heç bir inkişaf yoxdur. Talışların yaşadığı ərazilərdə ictimai, mədəni probləmlərin həlli məsələsində heç bir irəliləyiş yoxdur, talışlar üçün öz dili ilə danışmaq və hər hansı bir alandan öz dilini eşitdirmək baxımından heç bir irəliləyiş yoxdur.

Azərbaycan içində talış dili ilə tək bir radio verilişi, tək bir televiziya proqramı yoxdur. Yalnız iki qəzet vardır. Onlar da çox qeyri-müntəzəm şəkildə dərc olunur, bunlardan biri isə, daha çox Azərbaycan dili ilə yazılır. Qəzetlərin redaktorları mütəmadi olaraq müxtəlif repressiyalara məruz qalır. Belə bir vəziyyətdə hər hansı bir müsbət dəyişikliyin gözlənilməsi, məncə, reallıqdan çox uzaqdır”.

Daha çox göstər
Back to top button