
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa Birliyinin mövqeyi dəyişməyib. Ermənistanda AB-nin nümayəndəlik rəhbəri, səfir Pyoter Svitalski jurnalistlərə verdiyi müsahibədə bu haqda bəyan edib. “Biz əminik ki, münaqişənin hərbi həlli yoxdur. ATƏT-in Minsk qrupunun fəaliyyətini biz çox dəstəkləyirik. Bu bizim mövqeyimizdir. Mən əminəm ki, Avropa Birliyinin öz mövqeyini dəyişməsiylə bağlı narahat olmaq üçün heç bir səbəb yoxdur, ola bilməz”-deyərək o, qeyd edib.







