BaşlıcaSiyasət

Pytor Svitsalski: “AB ER-da məhkəmə islahatlarını maliyyələşdirməyə hazırdır”

Avropa Birliyi  məhkəmə islahatları prosesində Ermənistanı dəstəkləməyə hazırdır.Bu haqda  jurnsalistlərlə söhbətində Ermənistanda  AB  nümayəndəliyinin rəhbəri  səfir Pyotr  Svitalski qeyd  edib.” Avropa  Birliyi Ermənistanda məhkəmə islahatlarının ən yüksək səviyyədə keçirilməsini açıq şəkildə dəstəkləyib. AB  erməni tərəfinin müstəqil, təmiz, açıq və effektiv məhkəmə sisteminin yaradılmasına dair səylərinə sadiqdir.

Biz  siyasi məsləhət və maliyyə   dəstəyini  qorumağı təmin etməyə  hazırıq”-deyərək  Svitalski  bildirib. Səfirin sözlərincə,  , AvropaBirliyi  məhkəmə islahatları prosesinə maddi yardım göstərməyə hazırdır. “Bu məsələ bir neçə gün əvvəl müzakirə edildi. Bizim dəstək maliyyə baxımından son dərəcə vacibdir.

İki  istiqaməti dəstəkləyirik:bunlar  birbaşa, dərhal yardım və növbəti üç-dörd il üçün çox milyon dollarlıq dəstək proqramıdır.. Biz Ermənistan Respublikası hökumətinin təsvir edəcəyi konkret planları gözləyirik “- deyərək Pyotr Svitsalski bildirib.

Daha çox göstər
Back to top button