İctimaiyyət

Son bir ildə Azərbaycanda 29 jurnalistə qarşı məhkəmə olub

Bu gün, iyulun 22-də Bakıda «Mətbuat Günü bir ildən sonra. Bir yoldan bir yola» adlı tədbir keçirilib.

Tədbiri «Turan» İnformasiya Agentliyi, «Yeni Nəsil» Jurnalistlər Birliyi və Press Klub təşkil edib.

Tədbir ərzində hüquqşünas, media eksperti Xalid Ağalıyev media qanunvericiliyi, jurnalistlərə açılan cinayət işləri və informasiya əldə edilməsi problemləri barədə danışıb: «Əvvəlki işlərə baxanda bu bir il ərzində böhtan və təhqir əsasında heç kəs həbs olunmayıb. 3 jurnalistə qarşı yaydıqları məlumatlara görə məhkəmə qərarı çıxarılıb, cinayət cəzası verilib».

O vurğulayıb ki, bir ildə, ümumiyyətlə, 29 jurnalistlərə qarşı məhkəmə işləri olub: «13 dəfə jurnalistlər informasiya əldə edə bilmədiklərinə görə məhkəməyə üz tutub, lakin heç birini udmayıblar».

X.Ağalıyev sonra da həbsdə olan jurnalistlərdən danışıb: «Həbsdə olan jurnalistlər var, onlar uzun müddətdir həbsdədir, ümid edirəm ki, gələn il Milli Mətbuat Gününü biz həbsdə heç bir jurnalist olmadan qeyd edəcəyik».

Daha çox göstər
Back to top button