
Ermənistanlı Karen Qrikoryan Portuqaliyanın Famalikao Open Beynəlxalq yarışında çıxış edərək 9 imkandan 100 faizlik nəticəylə yeganə qalib oldu.Chessfed.am-ın verdiyi məlumata görə, ermənni şahmatçı eyni zamanda 3103 xal təsvir edib ki, o da şahmat tarixi ərzində ən yüksəkdir, dünya rekordudur. Bundan öncə Sinfild kuboku oyunlarında ən yüksək nəticə göstəricisi 3098 olub ki,onu da Fabiano Karuana toplamışdır.