
ER Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində Ümumerməni konsensusun 6 bəndini təqdim edib
“1 saylı Konsensus – Zorakılıq hər hansı bir ermənilərarası məsələnin həlli üçün istənilən vasitədən istisna olmalıdır
Konsensus №2 – Xalq və onların azad iradəsi hakimiyyətin formalaşmasında yeganə güc mənbəyidir. Xalqın iradəsini təhrif etmək üçün edilən hər bir cəhd anti-dövlət, anti-milli fəaliyyət olaraq qiymətləndirilməlidir. Bu baxımdan, Artsax Respublikasında qarşıdan gələn prezident və parlament seçkilərinin azad, rəqabətqabiliyyətli, demokratik mühitdə və xalqın iradəsinin azad şəkildə ifadə olunması üçün real təminatlarla təmin edilməsi son dərəcə vacibdir.
Konsensus № 3 – Ermənistan və Artsaxdakı erməni xalqının suverenliyi ən yüksək dəyərdir və xarici qüvvələr ermənilərarası, daxili məsələlərin həlli üçün cəlb etməyə çalışan bütün o qüvvələr, kimlər ki, bizim ölkəmizdə necə yadelli maraqların nümayəndəsi kimi çıxış edəcəklər,həmin qüvvələr ölkəmizdə erməni xalqı və onun leqitim nümayəndəsi Ermənistan hökumətinin ən sərt reaksiyasıyla üzləşəcək.
Konsensus №4: Ermənistan və Artsax korrupsiyadan uzaq olmalıdır. Korrupsiyanın bütün təzahürləri o cümlədən himayəçilik, süni monopolyalar, rəqiblər üçün süni əngəllər də daxil olmaqla, korrupsiyanın bütün formaları aradan qaldırılmalı və korrupsiya fəaliyyəti nəticəsində dövlətə və xalqa dəymiş maddi ziyan bərpa edilməlidir.
Konsensus №5 – Qanunun və hüququn aliliyi qanun qarşısında bərabərlik xalqlararası münasiblərin mühüm tərkibi olmalıdır. Xarici və ya daxili təsirlərə uyan məhkəmələrin mövcudluğu milli təhlükəsizliyə təhdiddir. Ermənistan və Artsaxdakı məhkəmələr müstəqil olmalıdır.
Konsensus № 6 – Artsax məsələsinin müzakirə prosesinin məqsədi Artsax xalqının öz müqəddəratını təyinetmə və təhlükəsizliyi uğrunda Artsax azadlıq mübarizəsinin nəticələrini müdafiə olmalıdır. Danışıqların nəticəsində, Ermənistan və Artsax hökumətləri üçün məqbul sayılan istənilən həll yolu yalnız Ermənistanda və Artsaxda bəyənildiyi təqdirdə məqbul sayıla bilər”.







