BaşlıcaEkonomika

İsveçrəli milyonçu Ermənistanda bank qızıl külçələr istehsal edəcək

Nəzərdə tutulan plana əsasən, Ermənistanda zavodların inşasıına  oktyabr ayında başlanacaq və 6 ay davam edəcəkdir. Bundan sonra isə  Ermənistan bank külçə buraxmağa  başlayacaq. İsveçrəli milyonçu Vardan Sirmakes, Ermənistanda saf qızıl istehsal etmək üçün layihəsini başa çatdırmaq niyyətindədir. O, bunu Sputnik Armeniya ilə söhbətində bəyan edib. Sirmakeş, ermənisoylu zərgər və iş adamıdır, İsveçrədə Franck Muller saat şirkətinin həmtəsisçisidir. Beş il əvvəl Ermənistanda qızıl külçələr bankı yaratmaq arzusunu dilə gətirdi və Ermənistan Mərkəzi Bankı ilə memorandum imzaladı. Bütün bu illər ərzində o, avadanlıq tədarükçüləri və beynəlxalq sertifikat şirkətləri ilə danışıqlar aparmışdır. Qızıl çubuqların emalı demək olar ki, dollar və ya avronun  çap olunması kimi eynidir.Busa  o deməkdir ki,  maliyyə dünyasında qəbul ediləcək bir ödəniş buraxılır ki,  onu da bütün maliyyə dünyasında qəbul edəcəklər.

Daha çox göstər
Back to top button