BaşlıcaBeynəlxalq

Yuxarı Larsa alternativ: “ Rus –gürcü sərhəddi Ermənistana daha da yaxın olacaq”

Gürcüstanda  rus-gürcü sərhəddinə yaxın yeni tranzit dəhlizin quruluşuna  bu ilin sonuna kimi başlanacaq.Bu haqda Alik Media-ya istinadən Gürcüstanın Baş naziri Mamuka Baxtadze bəyan edib. Gürcüstanın strateji yolunun Yuxarı Larsa qədər uzanan yeni avtomobil yolu Şimal-Cənub layihəsinin bir hissəsini təşkil edir.Bu, Tiflisdən Lars keçid məntəqəsinə qədər nəqliyyatın uzunluğunu əhəmiyyətli dərəcədə qısaldacaq.Faktiki olaraq Ermənistan üçün  Yuxarı Larsa doğru alternativ olacaq.Ekspertlərin sözlərincə   nəqliyyat ilin bütün  fəsillərində əl çatan olacaqdır. Layihə çərçivələrində, 22,7 km  uzunluqda  asfaltlanmış yol, 6 körpü  və 5  tunel, o cümlədən 9 km uzunluğunda tunel də  daxil olmaqla qurulması nəzərdə tutulub ki, o da Gürcüstanda ən uzunu olacaq.Layihənin ilkin dəyəri 558,6 milyon dollar qiymətləndirilir ki, bu da Avropanın  Yenidənqurma və İnkişaf Bankı və Gürcüstan hökuməti tərəfindən maliyyələşdiriləcəkdir.

Daha çox göstər
Back to top button