BaşlıcaTəhlil

İdman siyasətdən kənar sahədir: Aronyanın dürüst jesti

Nashaarmenia.info saytı bu günlərdə Sent Luisdə keçirilən şahmat turniri haqqında yazdı. Xatırladaq ki, turnirdə erməni şahmatçı Levon Aronyan parlaq qələbə qazandı.

O, ABŞ-ın Sent Luis şəhərində keçirilən “Grand Chess Tour”-un 4-cü mərhələsində qəlib gəlmə məsələsində azərbaycanlı grosmaster Şəhriyar Məmmədyarovun göstərdiyi yardıma görə ona təşəkkür etdi.

Məmmədyarov çinli Yu Yaniylə heç-heçə oynadı və bu nəticəyə görə də Aronyan bu mərhələnin qəlibi oldu. Çinli şahmatçı qazansaydı, xallarla Ermənistan nümayəndəsi ilə bərabər olardı və onlar  tie-break-də görüşəcəkdi. Ancaq Məmmədyarov çinli şahmatçının ümidlərini doğrultmadı və bu da erməni şahmatçının qələbəsinə gətirib çıxartdı. Bunun üçün də Levon Aronyan ona təşəkkür etdi.

“Levon Aronyanın jesti həqiqətdən də dürüstdü və bu, Ermənistan və Azərbaycanın yalnız ikitərəfli münasibətlərinə deyil, mədəniyyət, ictimai həyat və idman sahələrinə yanaşmalarının fərqliliklərini göstərib. “İdman  siyasətdən kənar sahədir” tezi hər bir ağlabatan insan üçün aydındır və Aronyan da ABŞ-da öz addımları ilə bunu bir daha təsdiqləyib.

Təəssüf ki, azərbaycanlı idmançılar özlərini o qədər də dürüst aparmırlar. Bir neçə gün öncə  Infoteka24 portalı azərbaycanlı idmançı Rafael Ağayevin sözlərinə istinad etmişdi. O bildirmişdi ki, Ermənistan yığmasını beynəlxalq yarışlarda alqışlamır. Bu sözlər sosyal şəbəkələrin istifadəçiləri arasında narazılıq doğurmuşdu.  Onlar idmançının nəzakəti və idman etikasının əsas anlayışlarına yanaşmasını anmadıqlarını bildirdilər”,- məqalədə qeyd olunur.

Sayt azərbaycanlı futbol azarkeşlərinin Kiprin “APOEL” klubunun avtobusuna hücum etdiklərini də xatırlatdı. Bunun səbəbi isə, Bakıda klub azarkeçlər tərəfindən erməni bayrağın salınması idi. Həmçinin xatırladılır ki, daha əvvəl də “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanı Azərbaycana buraxmamışdılar.

“Bütün bu olanlar aydın şəkildə göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız siyasi deyil. Bu əsrlərin toqquşmasıdır. 21-ci əsrin və onun dəyər sisteminin Azərbaycanın yalnız hökümətinin deyil, cəmiyyətinin əksər hissəsinin də yaşadığı orta əsr standartları və qaydaları ilə toqquşmasıdır. Bakı ilə təmaslarda hər şeydə zəruri ehtiyatlılıq və sayıqlıq göstərmək lazımdır”,-deyə sayt yazır.

Daha çox göstər
Back to top button