İctimaiyyət

AXCP-nin iki fəalı saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalının saxlandığı bildirilir.

Azərbaycan KİV-ləri bildirib ki, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanıb. Bildirildiyinə görə, o, iki gün qabaq, avqustun 19-da Bakının mərkəzində ölkədəki siyasi vəziyyətə etiraz olaraq təkadamlıq aksiya keçirib və bu üzdən saxlanıb.

AXCP-nin başqa bir məlumatında isə qeyd edilir ki, avqustun 20-də həmçinin, daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib. «Səbəb kimi, əsasən, Facebook-da sərt yazıları göstərilir. Amma rəsmi ittiham bilinmir», – AXCP-nin rəhbər üzvlərindən biri qeyd edib.

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı məlumat yaymayıb. V.Məmmədovun da 30 sutka inzibati həbs cəzası alması ilə bağlı məlumatı məhkəmə orqanlarından dəqiqləşdirmək və bütün bunlara rəsmi qurumların münasibətini almaq cəhdləri nəticə verməyib.

Daha çox göstər
Back to top button