
ER Ekonomika naziri Tiqran Xaçatryan Fransanın “Tales qrup”-u şirkətinin nümayəndələriylə görüşüb. Ermənistanda fəaliyyət genişləndirməklə bağlı perspektivləri müzakirə edib. Bu haqda Ekonomika nazirliyindən məlumat verilib. Şirkətin nümayəndəsi Pol Remi nümayəndə heyətinin Ermənistanda layihələrin başlanması və həyata keçirilməsi üçün mövcud imkanları, o cümlədən hökumət rəsmiləri ilə görüşlərini, habelə innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən erməni şirkətləri ilə görüşlərini qiymətləndirdiyini qeyd etdi. Görüşdə tərəflər yüksək texnologiyalı iqtisadiyyatı stimullaşdırmağın vacibliyini vurğuladılar. Əməkdaşlığa dair müzakirələrin davam etdirilməsi barədə razılıq əldə edildi. “Tales Grup” elektron sistemlərini hazırlayan və aviasiya- kosmik, müdafiə, nəqliyyat və təhlükəsizlik sahələrində xidmətlər göstərən bir Fransız şirkətidir.







