
ATƏT Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinə görüş keçirməyi təklif edib. Bu barədə bu gün brifinq zamanı ER XİN mətbuat katibi Anna Nağdalyan deyib.
Onun sözlərincə, tərəflər razılığa gəlib, amma görüşün tarixi və yeri barədə mətbuat katibi məlumat vermədi. O xatırlatdı ki, Ermənistan rəqib tərəfiylə eyni zamanda görüş barədə məlumat vermək razılığına meyllidir.







