
ER Xarici işlər naziri Zohrab Mnatsakanyan, Latviya Baş nazirinin müavini və Müdafiə naziri Artis Pabriks ilə görüşüb. Bu haqda Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün Facebook səhifəsində yazıb.
“Xarici işlər naziri Zohrab Mnatsakanyanın Latviyaya rəsmi səfəri Baş nazirin müavini və Müdafiə naziri Artis Pabriks ilə görüşüylə başlayıb. Tərəflər əməkdaşlığın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə etmişlər”-deyərək Nağdalyan yazıb.







