BaşlıcaEkonomika

Ermənistan İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatının xarici investisiya indeksinə daxil oldu

ER İqtisadiyyat Nazirliyində keçirilən iş görüşməsində İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatının (OECD) mütəxəssisləri Ermənistanın da daxil olduğu İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatının xarici investisiyaların tənzimlənmələrinin məhdud indeksini təqdim etdilər. Görüşdə İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatının Avrasiya şöbəsinin sədri Uilyam Tompson da vardı.

ER İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ermənistan İqtisadi nazirinin müavini Arman Hovnanyan qeyd etdi ki, Ermənistan İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatının xarici investisiyaların tənzimlənmələrinin məhdud indeksinə daxil olanda investisiya mühitinin tənzimləyici çərçivəni yaxşılaşdırmaq, indeksə daxil olan ölkələrlə investisiyalarla bağlı mövcud məhdudiyyətlərin müqayislələri keçirmək, mövcud məhdudiyyətlərin xarici investisiyalara potensiyal təsiri qiymətləndirmək, investorlar üçün tənzimləmələrin daha asan, investisiya qanunvericiliyi isə, daha açıq etmə yollarını tapmaq imkanı verir.

“Diqqətəlayiqdir ki, bu indeksə daxil olan Ermənistan ilk onluğa daxil olmaqla kifayət qədər yüksək mövqe tutmuşdu ki, bu da xarici sərmayələrin məhdudlaşdırılmasının böyük olmadığını və Ermənistanın investisiya sahəsinin kifayət qədər liberallaşdırıldığını göstərir”,-deyə nazir müavini qeyd etdi.

İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatının xarici investisiyaların tənzimlənmələrinin məhdud indeksinə İqtisadi Əməkdaşlığın İnkişafı Təşkilatına üzv bütün ölkələr və üzv olmayan təxminən 30 ölkələr, o cümlədən G20 üzvləri daxildir.

İndeks, 22 sektoru əhatə edən birbaşa xarici investisiya tənzimlənməsi kontekstində ölkədəki məhdudiyyət səviyyəsini qiymətləndirir.

Daha çox göstər
Back to top button