BaşlıcaSiyasət

Nikol Paşinyan: Beynəlxalq ictimaiyyət Türkiyənin Suriyadakı qanunsuz əməliyyatını dayandırmaq üçün tədbirlər görməlidir

Ermənistan Respublikası Türkiyə Silahlı Qüvvələrinin Suriya Respublikasına hücumunu pisləyir. Bunu Baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin oktyabrın 10-da keçirilən iclasında bildirib.

“Dünən Türkiyə Silahlı Qüvvələri Suriya Ərəb Respublikasına hücum etdi. Ermənistan Xarici İşlər Nazirliyi artıq müvafiq açıqlama verib və mən bir daha vurğulamaq istəryirəm ki, Ermənistan Respublikası bu hücumu pisləyir və biz vəziyyətdən narahatıq, çünki hesab edirik ki, bu hərəkət Suriyadakı humanitar böhranı daha da dərinləşdirəcək və biz beynəlxalq ictimaiyyəti bu qanunsuz fəaliyyətin dayandırılması və Türkiyə sərhədi boyunca Suriya vətəndaşlarının, o cümlədən milli azlıqların qorunması və onların hüquqlarının qorunması üçün təsirli tədbirlər görməyə çağırırıq”,-deyə Paşinyan qeyd etdi.

Daha çox göstər
Back to top button