İctimaiyyət
Redaktor aclıq aksiyasına başlayıb

Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.
Bu barədə AzadlıqRadiosuna Aslanovun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, aclıq aksiyasına səbəb qeyri-qanuni həbs olunması, istintaqın obyektiv aparılmaması və heç bir əsas olmadan istintaq müddətinin əlavə olaraq 4ay uzadılmasıdır.
Məsələ ilə bağlı DTX-dan münasibət öyrənmək hələlik mümkün olmayıb.