BaşlıcaSiyasət

Əliyevin sözləri erməni xalqı və MDB ölkələri rəhbərlərinə hörmətsizlikdir: Nikol Paşinyan

“Garegin Njdeh haqqında onun söylədiklərini eşidəndə məşhur “Qafqaz əsiri” filmini xatırladım. ER Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanda MDB Dövlət Başçıları şurasının növbəti iclasında çıxışına  cavab verib. “Artsakhpres”-dən verilən məlumata görə, Baş nazir Əliyevin nitqində tarixi təhrif etmək cəhdlərinin olduğunu qeyd edib, İlham Əliyevin sözlərindən elə təəsürat yaranır ki, müharibədə Hitlerin ikinci dərəcəli rolunu oynayıb və Nasis hərəkatının lideri sanki Garegin Njdeh olub.

Garegin Njdeh Türkiyənin erməni işğalına qarşı və türklərin təşkil etdiyi Erməni Soyqırımına qarşı vuruşub”- deyərək Nikol Paşinyan bəyan edib.

O, qeyd edib ki, həqiqət ondan ibarətdir ki, Qaregin Njdeh bir çox rus zabitiylə birlikdə 1918-ci ildə cəbhənin çox vacib  bir hissəsinə rəhbərlik etmişdir. Nikol Paşinyan tarixin obyektiv qiymətləndirilməsinin vacibliyini bir daha vurğuladı.

“Deyilir ki, Qaregin Njdeh  Vladimir həbsxanasında vəfat edib.  Sovet dövrünün bir çox xadimləri Vladimir həbsxanasında vəfat edib: Aleksandr  Solijenittsin Qolakda olub və nədir bütün onlar 1037-1950-ci illərdə mühakimə olunanların hamısı xalq düşmənidirmi? Əgər belədirsə bir çox tanınmış xadımlər öz həyatlarının sonu günlərində məhz həbəsdə keçiriblər.

Belə ki, burada tarixi təhrif etməyi hörmətsizlik hesab edirəm. Bu iclas mühiyində bəzi gərginlik daxil etmək məqsədilə formatdan istifadə etmək hörmətsizlikdir”,-deyərək, o əlavə edib. Nikol Paşinyan belə zirvə görüşlərində xalqlarımız və ölkələrimiz arasındakı gərginliyin artmaması üçün mümkün olan hər şeyi etməli olduğumuzu, əksinə, dialoq, qarşılıqlı güzəşt, qarşılıqlı etimad və qarşılıqlı hörmət yollarını tapa biləcəyimizi vurğuladı”. Məncə, Azərbaycan prezidentinin sözləri ilk növbədə erməni xalqına hörmətsizlikdir. Düşünürəm ki, bu həm də ölkələrin rəhbərlərinə və burada təmsil etdikləri xalqlara hörmətsizlikdir”,-deyərək o qeyd etdi.

Daha çox göstər
Back to top button