
Oktyabrın 12-də ER Müdafiə naziri David Tonoyan respublikanın bir sıra icmalarında hərbçilər və onların ailələri üçün yeni tikilmiş yaşayış binalarının təntənəli açılış mərasimlərində iştirak etmişdir. Yaşayış binalarından biri Syunik bölgəsinin Qoris şəhərində tikilib istifadəyə verildi. Müdafiə naziri yeni tikilən binada 22 mənzilin açarlarını hərbi qulluqçulara təhvil verib. Sisyan şəhərində yaşayan zabitlər 28 quuluqçu mənzilini aldılar.

Hərbiçilərə onların ailə üzvlərinə, Vayk şəhərində də 44 mənzil verildiyi və bayram edildiyi bildirilib. Müdafiə nazirliyinin başçısı yeni tikilmiş binalarda mənzillər alan hərbçiləri təbrik etdi və Silahlı qüvvələrin zabitlərinin mənzil və sosial təminat məsələsi ER hərbi-siyasi rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğuladı.

Hərbçilərin sosial yükünün azaldılması üçün mümkün olan hər şeyin edildiyini qeyd edən Davit Tonoyan mənzil probleminin həll olunmasının hərbçilərin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artıracağına və döyüş tapşırıqlarını yerinə yetirəcəyinə əminliyini bildirdi.








