
Avropanın ən böyük olan Ryanair İrlandiya aviaşirkəti ER aviabazarına daxil olub. Verilən məlumata görə, şirkətin kommersiya direktoru Deyvid O’Brien jurnalistlərə açıqlamasında ilk uçuşun 14 yanvarda Yerevanı Roma və Milan ilə birləşdirəcəyini, ardından mart ayının sonundan Berlin -Gümrü və Almaniyanın Memmingen şəhəri ilə bağlayacağını qeyd etdi. “Şirkətimiz Avropadakı ən böyük şirkətdir. Ən böyük şəbəkəmiz var. Ticarət maraqlarımızla yanaşı, inteqrasiya da vacibdir. Bizim 86 bazalaşmış nöqtələrimiz var. Bu, Ermənistanı həmin mərkəzlərin şəhərləri ilə əlaqə yaratmağa imkan yaradır. Ryanair şirkətlər qrupu 500 təyyarəsi olan dörd hava yolundan ibarətdir. 234 təyyarə ilə uçuşlar həyata keçiririk”-deyərək i David O’Brien qeyd edib. Onun sözlərinə görə, bununlada Ermənistan aviaşirkətin 40-cı ölkəsinə çevrilir. Ən aşağı bilet qiyməti 4.99 avrodur, orta gediş haqqısa 35 avrodur. Uçuşlar həftədə iki dəfə Yerevandan həyata keçiriləcək, gələcəkdə artacaqdır.







