İctimaiyyət

ADR üzvü saxlanılıb

Oktyabrın 17-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məlik saxlanıldı.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Hərəkatın sədri Qubad İbadoğlunun sözlərinə görə, Məlik saat 18:30-da evinin qarşısında heç bir səbəb göstərilmədən polis əməkdaşları tərəfindən saxlanılaraq Səbayil rayon polis idarəsinə aparılıb. “Hazırda onun telefonuna zəng çatmır və onunla əlaqə saxlamaq mümkün deyil”.

İbadoğlu vurğuladı ki, saxlanma səbəbi Milli Şuranın oktyabrın 19- da keçirilməsi nəzərdə tutulan mitinqlə iştirakı ilə bağlıdır. “Hüseyn Məlikin həbsini qanunsuzdur və o, dərhal azadlığa buraxılmalıdır”, – deyə Q. İbadoğlu bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Səbail rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button