
Azərbaycanlılar sərhədi keçəcəklərini elan edərək Azərbaycan-Qarabağ sərhəddində fləşmob təşkil ediblər. Onların bu addımı bir tərəfdən gülünc doğurur, ona görə ki, həmin ərazilər tamamiylə minalanmışdır, digər tərəfdənsə siyasətçilər Əliyevin nə dərəcədə bigüman və çıxılmaz bir vəziyyətdə olduğunu təsəvvür edir.
Artsax parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş sədri Vahram Atanesyan əmindir ki, Bakı çıxılmaz və ümidsiz addımlar atır. Deyilənlərin sübutusa, sərhəd yaxınlığında toplanan azərbaycanlı etirazçıların “Qarabağ Azərbaycandır” yazısıyla olan plakatlardır.
“Bu, Azərbaycan hakimiyyətinin təşkil etdiyi və atdığı ümidsiz bir addımdır, çünki həm danışıqlarda, həm də tarixi sivilizasiyalar döyüşlərində uduzublar. İki il əvvəl, Azərbaycan prezidenti hökumət iclasında Minsk qrupunun Artsaxın müstəqilliyini tanımağı təklif etdiyini açıqladı. 2018-ci il inqilabından sonra ER hakimiyyəti tələblər çubuğunu qaldırdı və bu, vasitəçilərin yanaşmalarında da sanki özünü göstərdi”- deyə Vahram Atanesyan qeyd edib.
Sosial şəbəkənin Azərbaycan tərəfində yayılan video çəkilişində, Artsaxla sərhədyanı Tərtər rayonundan azərbaycanlıların Artsaxa keçmək cəhdi təsvir olunur.
Bu video materialına cavab olaraq, Artsax Prezidentinin mətbuat katibi David Babayan özünün Facebook səhifəsində yazır ki, bu kimi məsələlərə ciddi yanaşmaq lazım deyil.O, həmin çağırışları siyasi və ucuz fləşmob hesab edir. Çünki, o, əmindir ki, Azərbaycan hakimiyyətləri və ordusu sərhədi keçməkçün hər hansısa addım qeyd olunmasına icazə verməz.
David Babayan bir an onları necə sərhəddi keçərək minalanmış əraziyə daxil olmalarını təsəvvür etməyi xatırlatdı.
Oxşar addım atılarsa, azərbaycanlılar Artsaxın mövqeyinə belə çata bilməzlər.Onlar məhz öz əlləri ilə minalanmış ərazilərdəcə partlayacaqlar”-deyərək o yazır.
Politoloq Aleksandr Kananyan azərbaycanlıların hərəkətlərini təxribat adlandırır və vəziyyəti Fələstin-İsrail münaqişəsinin oxşar epizodları ilə müqayisə edir.

“İsrailə siyasi iradə məcbur etmək bacarıqsızlığından, fələstinlilər əvvəlcə qadınları və uşaqları ön sıraya düzür özlərisə onların arxalarında gizlənir. Oxşar şəraitlərdə əgər İsrail atəş edərsə,belə çıxacaq ki, mülki şəxslərə atəşmi açılır?Bəs ki, təsvir tam fəqlidir. Bizim haldasa, düşünmürəm ki, keçsələr vuracaqlar.Onları tutaraq beynəlxalq strukturlara təhvil vermək lazımdır ki, Gürcüstan ərazisiylə təhlükəsiz şəkildə Ermənistandan çıxarılsın”- deyərək Kanyan qeyd edib.
Vahram Atanesyan Əliyevin ümidsiz addımlarını türkdilli ölkələrin zirvə görüşündə Əliyevin təcavüzkar çağırışlarına digər ölkələrdən dəstək almaması ilə izah edir.
Əliyev demişdir ki, Zəngəzurun Ermənistana “verilməsdən” sonra Azərbaycan iki hissəyə bölündü.
“Əliyev əslində imtina edildi. Türkiyədən başqa heç bir ölkə həmin bəyanatı dəstəkləmədi”.