
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Bolqarıstan Respublikasının Baş nazir müavini Ekaterina Zaxarievanı qəbul edib.ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Baş nazir Ermənistan həm Bolqarıstanla həm AB –i çərçivəsində qarşılıqlı işgüzarlığı dərinləşdirməyi olduqca mühüm sayır.“Avropa Birliyi Ermənistandakı demokratik islahatlar gündəmində əsas tərəfdaşlarındandır. Bolqarıstanla əlaqələrin möhkəmlənməsi və Şərqi Avropa ölkələri ilə təcrübə mübadiləsi bu məntiqən doğur”-deyərək hökumət rəhbəri qeyd edib.Bolqarıstan Baş nazir müavini qeyd edib ki, Bolqarıstan Ermənistanın demokratik inkişaf gündəliyinə, ER-AB tərəfdaşlığının genişləndirilməsinə yardım edir və islahatların inkişaf etdirilməsi prosesində öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
ERBaş naziri və Bolqarıstan Baş nazirinin müavini Avropa Birliyi ilə vizaların liberallaşdırılması prosesinə toxunmuş, korrupsiyaya qarşı mübarizədə demokratik islahatların, məhkəmə sisteminin, struktur islahatları prosesində təcrübə mübadiləsinin vacibliyindən danışmış, həmçinin regional əhəmiyyətli təşəbbüslərin perspektivləri də müzakirə edilib.
Həmsöhbətlər ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə etdilər. İqtisadi əməkdaşlığın yeni səviyyəsinə çatması kontekstində Nikol Paşinyan işgüzar əlaqələri, turizm səfərlərini, habelə nəqliyyat, informasiya texnologiyaları, infrastruktur və digər sahələrdə perspektivli proqramları təşviq edəcək birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini vurğuladı.Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Yekaterina Zaxarieva Bolqarıstanın Qarabağ münaqişəsinin həlli ilə bağlı balanslı mövqeyini bir daha təsdiqləyərək, Bolqarıstanın ATƏT-in Minsk qrupunun həmsədr mandatını dəstəklədiyini qeyd etdi.







