İctimaiyyət

Tofiq Yaqubludan siyasi fəaliyyətə son qoymaq tələb olunub

Tofiq Yaqubludan Milli Şuradan çıxmaq və siyasi fəaliyyətə son qoymaq tələb olunub. 

Bu barədə Turana  siyasətçinin qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, o, noyabrın 11-də İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan atası Tofiq Yaqublu ilə telefonla danışıb. “Atam dedi ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığı təcridxanaya gələrək onu 3 saatdan çox sorğu-suala tutdu. Ondan Milli Şuradan istefa veməyə və siyadi fəaliyyətə son qoymağı tələb olunub. Əks təqdirdə atamı İdarəyə aparıb orada ağır işgəncələr verəcəklərini bildirdilər”. 

N.Həzinin iddiasına görə, atasını ailəsi ilə təhdid ediblər. “Mənim, ailəmin başına bir iş gələrsə, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox”, Həzi deyərək bildirib. 

Daha çox göstər
Back to top button