BaşlıcaSiyasət

Paşinyan və Makron Ermənistan-Fransa əlaqələrinin gündəlik məsələlərini müzakirə edib

Baş nazir  Nikol Paşinyan  Paris Sülh Konfransı  çərçivəsində  Fransa  Prezidenti  Emanuel  Makron ilə ayrılıqda söhbət edib.

ER Baş nazirinin administrasiyasının informsiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə əsasən,  Fransa Prezidenti müxtəlif istiqamətlərdə dost Ermənistan ilə əməkdaşlığın  inkişafını mühüm sayıb.

Paşinyan qeyd edib ki, müxtəlif  hadisələrlə bağlı görüşlər ikitərəfli əlaqələrin inkişafına və möhkəmləndirilməsinə  yeni təkan verir.

Nikol Paşinyan və Emanuel Makron  erməni-fransız münasibətlərinin  gündəlik məsələlərini müzakirə edib,  həmçinin viza liberallaşdırılması ilə bağlı Ermənistan-Aİ dialoqunun başlanması istiqamətində atılan addımlarına toxunub.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin və bununla bağlı müvafiq razılığın əldə edilməsinin vacibliyini vurğuladılar.

Daha çox göstər
Back to top button