BaşlıcaBeynəlxalq

Ermənistan dünya rifah indeksində postsovet ölkələrini qabaqladı: Legatum

Britaniyanın Legatum təhlil institutunun 2019-cu il rifah indeksində (The Legatum Prosperity  Index) Gürcüstan və Baltikyanı ölkələrdən başqa, bütün postsovet ölkələrini qabaqladı.

Məlumata görə, Ermənistan keçən ilki göstəricisini 27 ilə yaxşılaşdıraraq 61-ci yeri tutub. Bölgə ölkələrindən Ermənistan yalnız Gürcüstandan geri qalır. Gürcüstan 53-cü yerdədir. Rusiya 74-cü, Türkiyə 91-ci, Azərbaycan 92-ci, İran isə 119-cu yerdədir.

Postsovet ölkələrindən ən yuxarı göstərici Baltikyanı ölkələrindir.

İndeks müəllifləri ölkələri 9 – iqtisadi inkişaf səviyyəsi, biznes mühiti, dövlət idarəetməsinin səmərəliliyi, təhsil səviyyəsi, səhiyyə, təhlükəsizlik, şəxsi azadlıq, sosial kapitalın inkişafı səviyyəsi və ekoloji mühit standartlara görə müqayisə etdilər.

Daha çox göstər
Back to top button