BaşlıcaBeynəlxalq

Azərbaycan SQ polkovniki Müdafiə Nazirliyində ciddi hüquq pozuntularının olduğunu bildirib

Azərbaycan SQ polkovniki Qəhrəman Mənsimzadə dövlət başçısına müraciət edərək Müdafiə Nazirliyində ciddi hüquq pozuntularının olduğunu bildirib və  qayda-qanun yaratmağa çağırıb. Bu barədə o, prezident İlham Əliyevə videomüraciətində bildirib. Turan agentliyinə əsasən, videomüraciət noyabrın 20-də Youtube-da yerləşdirilib.

Polkovnik bəzi baş zabitləri, o cümədən Baş Qərargah rəisini və nazirin özünü maliyyə və digər pozuntularda, korrupsiya və tabelikdə olan işçilərin hüquqlarının pozulmasında ittiham edib.

O, həmçinin xarici dövlətlərlə əməkdaşlıq edən bəzi zabitlərə qarşı ittihamlar səsləndirib.

Bu videomüraciətdən bir sutka keçsə də Müdafiə Nazirliyi şərh verməyib.

Daha çox göstər
Back to top button