BaşlıcaMədəniyyət

Şuşidə İtaliya təhsil proqramı ilə yeni sənətkarlıq kolleci tikiləcək

Şuşi şəhərində İtalyan təhsil proqramları ilə yeni lisey-sənətkarlıq kolleci tikiləcək.  Bu haqda Artsaxın sabiq Baş naziri, “Azad Vətən” partiyasının sədri Arayik Harutyunyan öz Facebook səhifəsində İtaliyanın Lombardia rayonunun Qubernator köməkçisi Fabritsio Sala ilə görüşün nəticələrinə toxunarkən qeyd etdi.

“İtaliyanın Lombardia rayonunun Qubernator köməkçisi Fabritsio Sala ilə görüşdə bir sıra əhəmiyyətli razılaşmalar əldə edildi.

Xüsusilə də, Ermənistan-İtaliya Vəqfi qurulacaq və bunun dəstəyi ilə Şuşi şəhərində İtaliyanın təhsil proqramları ilə yeni lisey-sənətkarlıq kolleci tikiləcək.  Stepanakertdəki sənətkarlıq məktəbi yeni texnologiyalarla təmin olunacaq və nəticədə məktəb tələbələrinə qida və xidmətlər sahələrində ixtisaslaşma imkanı veriləcəkdir. Yaxın gələcəkdə, İtaliyada Artsax sənətkarlıq məktəblərinin şagirdləri üçün təlim kursları təşkil ediləcək və Stepanakertdə də İtalya evi açılacaqdır”,-deyə Harutyunyan qeyd etdi.

Daha çox göstər
Back to top button