BaşlıcaSiyasət

Artsax xalqı yanında olmalıyıq: Avropa Parlamentinin deputatı Lars Patrik Berg

Avropa Parlamentinin deputatı Lars Patrik Bergi Artsaxa etdiyi səfərdən sonra Azərbaycan tərəfindən  “qara siyahı”ya daxil olmaq  barədə xəbərdarlıqlar qorxutmadı, yenidən ziyarət edəcək, amma Artsaxın gözəl olduğuna əmindir. Berg Artsaxda inkişaf üçün  böyük potensial görür və eyni zamanda üzvü olduğu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində  Artsax məsələsini qaldırmağı planlaşdırır. O əmindir ki, “Almaniya üçün alternativ” partiyasının digər üzvləri  Artsax xalqı yanında olmalıdır. “Armenpres” bu  və digər  məsələlər barədə son vaxtlarda Ermənistanı ziyarət etmiş  Avropa Parlamentinin üzvü, “Almaniya üçün alternativ” partiyasının üzvü Lars Patrik Berglə  söhbət edib. Müsahibənin bir hissəsini təqdim edirik.

-Cənab Patrik Berg, bilirəm ki, hələ iki il əvvəl  Artsaxa səfər etdiniz, bir çox görüşlər keçirdiniz.  Artsaxda Avropa Parlamenti və Almaniya ilə nə  əməkdaşlıq prespektivləri görürsünüz?

-Düşünürəm ki, Artsaxın turizm, kənd təsərrüfatı, xüsusilə (şərab, meyvə, tərəvəz) sahələrində böyük potensialı var. Sonuncu dəfə 2 il əvvəl Artsaxda oldum. Səfər zamanı şərab istehsal edən, üzvi tərəvəz yetişdirən bəzi sahibkarlarla görüşdüm. Düşünürəm ki, bu böyük  bazardır və onu dəstəkləmək lazımdır, çünki ABŞ, Avropa və başqa yerlərdə insanlar üzvi qidaya pul xərcləməyi çox sevirlər. Artsax dağları, qədim monastırları, tarixi, gözəl insanları olan gözəl bir ölkədir. Buna görə düşünürəm ki, bu da turizm sahəsində yaxşı əməkdaşlığın qurulması üçün Avropa Parlamentinin müzakirə mövzusu olacaqdır.

Artsaxda xristianlar digər inancları olan insanlara mənfi münasibət göstərmədən öz dininə inanırlar. Düşünürəm ki, Artsax qala kimidir və biz Artsaxın islahatlarına dəstək olmalıyıq. Almaniyaya gəlincə, Bundestaqın üzvü olmamasına baxmayaq, hesab edirəm ki, Ermənistan ümumiyyətlə Almaniya üçün vacibdir. Geosiyasi baxımdan çox vacib bir bölgədədir. Avropa Parlamentinin üzvü olaraq hesab edirəm ki, Qərbi Avropa Artsax bölgəsindəki münaqişənin həlli üçün dinc danışıqları təşviq etməli və Türkiyədən gələn gərginliyə son qoymalıdır. Düşünürəm ki, bölgədə sülh əməliyyatları təşviq etmək, gənclər üçün yeni imkanlar yaratmaq vacibdir.

-Azərbaycan çox tez Artsaxa səfər etmiş beynəlxalq rəsmiləri “qara siyahı”ya daxil edir. Artsaxa səfər edərkən sizin hər hansı qorxularınız vardı?

-İki il əvvəl Artsaxdan qayıdanda, Almaniyadakı Azərbaycan səfiri məktub  göndərdi. O, Baden Vurtenberq Parlamentinin sədrinə Artsaxa səfərimlə bağlı şikayət etdi və dedi ki, “qara siyahıda” olacağam və bir daha Azərbaycana girə bilməyəcəyəm. Mən, vəziyyəti gərginləşdirməmək üçün bu  məktuba cavab vermədim. Lakin  Artsaxa səfər edərkən, qoxmamışam,  bu çox  təhlükəsiz siyahət idi, mən çox  yaxşı insanlar, rəsmilər, çox bacarıqlı və istedadlı Artsax Prezidenti, Xarici işlər naziri, tələbələr ilə görüşdüm. Bu   çətin münaqişənin sülh yoluyla və davamlı həllini tapmaq çox vacibdir və bütün tərəflər üçün faydalı olacaq. Ermənistanın Artsaxı  dəstəkləməliyik. Mən Stepanakertdə oldum, çox dinc və çox gözəl bir şəhərdir. Martakertdə də oldum, insanlarla görüşdüm, döyüş mövqelərindən də uzaq olmadım.

İnsanlara, uşaqlara və qadınlara, bu əziyyətlərdən keçmək zorunda qalmış  ailələrə çox təəssüf edirəm. Davamlı, sülh yoluyla həll tapmaq çox vacibdir. Mən dəstək vermək istərdim, mən Baş nazir deyiləm, Avropa Parlamentinin prezidenti deyiləm, mən Parlamentin bir adi üzvüyəm, amma Artsax məsələsini parlamentdəki Xarici Əlaqələr Komitəsində qaldırmaq istərdim. Bundan sonra nə olacağını görəcəyik. Çox müsbət münasibətim var.

-Siz Artsaxda demək olar ki, çox şey gördük, Avropa Parlamentində nə məsələ qaldırmaq istəyirsiniz?

– Avropa  Parlamentində  İnsan Hüquqlar məsələləri və Xarici Əlaqələr Komitələrinin üzvüyəm.  Mən deyəcəyəm ki, hər iki tərəfi dinləmək çox vacibdir və Artsaxdakı iqtisadi vəziyyətin gücləndirilməsi üçün hər hansı bir həll yolu tapmaq çox vacibdir. Bunu etməsək, bəzi gənclərin ölkəni tərk etməsi mümkündür. Gənc istedadlıların doğum yerlərində olmaları lazımdır və mən bu sualı parlamentdə qaldıracağam. Belə şeyləri eşitmək istəməyən, fikir verməyən siyasətçilər var, amma mən və digərlər bu məsələni qaldırmaqdan çox məmnun olarıq.

-Bilirəm ki, 2020-ci ildə Artsaxın ümumi seçkilərini izləmək üçün   Almaniyadan monitorinq qurpu gələcəkdir. Bu qrupda kimlər olacaq və məgər Artsax  seçkiləri Almaniya üçün o qədər vacibdir?

– Seçkiləri müşahidə qrupunda Bundestaqın üzvləri, ehtimal ki, regional parlamentlərdən “Almaniya üçün alternative” partiyasının üzvləri olacağını düşünürəm.  Düşünürəm ki, Artsax ilə “Almaniya üçün alternative” partiyası və parlamentlər arasında sıx əlaqələrin olması çox yaxşıdır. Hesab edirəm ki, Artsaxda yaşayan insanların öz müqəddəratını təyin etməsi ilə həmrəylik göstərmək çox vacibdir.  Məncə, bu, çox yaxşı bir fikirdir, çünki Artsax Parlamenti, siyasətçiləri və “Almaniyaya üçün alternative” partiyası arasında sıx əlaqə olacaqdır.

Mən və mənim bir neçə tərəfdaşlarım Artsaxda olmuşuq, Artsaxdan tərəfdaşlarımız da  Almaniyada olmuşlar. Bu çox vacibdir,  ölkələr və insanlar arasında əlaqələrini möhkəmləndirir.  İki il sonar mən Artsax Universitetini ziyarət edəcəyəm, Artsaxda və Almaniyada tələbə mübadiləsi proqramı olsaydı yaxşı olardı. Bu, hələ də mənim fikrimdir. Çox istedadlı insanlar var və mən istəyirəm ki, Avropaya gəlsinlər, bir neçə ay universitetlərimizdə oturub geri qayıtmaq imkanları olsun.


Daha çox göstər
Back to top button