BaşlıcaMədəniyyət

Ayrı-ayrı abidələrdə geniş qazıntı işləri aparılacaqdır: AR MGMT naziri

2020-ci il dövlət büdcəsi layihəsiylə abidələrin bərpası və qorunması üçün 122 milyon dram ayrılması nəzərdə tutulur.

“Artsakhpres”-in müxbirin verdiyi məlumata görə, bu barədə Parlamentdə keçirilmiş Elm, təhsil, mədəniyyət, gənclər və idman məsələləri və Maliyyə-büdcə və İqtisadi idarəetmə daimi komissiyalarının birgə iclasında AR MGMT naziri Lernik Hovhannisyan deyib.

Nazirin sözlərincə, 2020-ci  ildə tarixi-mədəni irsin qorunması işinin təkmilləşdirilməsi və nəzarəti dövlətin diqqət mərkəzində olacaqdır.

“Abidələrin tapılması və tədqiqinə, ayrı-ayrılıqda abidələr üzərində geniş qazıntı-tədqiqat işlərinin aparılmasına çox böyük diqqət ayrılacaqdır. Bunlar yalnız Artsaxın tarixini öyrənmək və təbliğ etmək məqsədi ilə deyil, bu və ya digər abidənin dizayn və bərpa işlərini yüksək səviyyədə aparmaq ehtiyacı üçün əhəmiyyətlidir.  Tigranakert qədim abidəsində, Berdaşen  qalasında, Mirk ehtiyatında tarixi-mədəni  davamlı  qazınıtı-tədqiqat  işləri  də  keçiriləcək”- deyə L. Hovhannisyan xırdalıqları qeyd etdi.

Nazir bildirib ki, gələcək ildə Şuşi şəhərinin divarları və bürcləri bərpası işlərinə başlanacaq.

Daha çox göstər
Back to top button