BaşlıcaSiyasət

Anna Hakobyan Mehriban Əliyevanı Artsaxa qonaq çağırıb, özü də Bakıya getməyə hazırdır

Mən Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. Bunu bu gün “BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik” mövzusunda olan konfransda ER Baş nazirinin həyat yoldaşı Anna Hakobyan Mehriban Əliyevanın Qarabağda muğam eşitmək istəyi barədə danışırkən bildirib.

“O qonağımız ola bilər. Biz qonaqları necə hörmət etməyi bilirik, qonaqpərvərlik qaydalarından biri də qonağı musiqi ilə şərəfləndirməkdir. Biz Qarabağda onun sevdiyi muğamı eşitmə arzusunu həyata keçirə bilərik və muğamla təmin edə bilərik”,-deyə Anna Hakobyan qeyd etdi.

O vurğuladı ki, Əliyeva dəvəti qəbul etsə, özü də Bakıya getməyə hazırdır.

“Ancaq, Mehriban Əliyeva Qarabağa müharibə yolu ilə gəlib muğam eşitmək istəyirsə, əminliklə qeyd edirəm ki, bu arzu gerçəkləşdirilməyəcəklə yanaşı yeni müharibəyə başladıqları zaman onun digər yeni yerlərdə də muğam eşitmək arzuları olacaqdır”,-deyə Baş nazirin xanımı qeyd etdi.

Anna Hakobyan vurğuladı ki, bu arzuya nail olmaq üçün ancaq bir yol var, o da sülhdur.

Daha çox göstər
Back to top button