İctimaiyyət

Dekabrın 5-də Azərbaycanı tərk edəcəyəm və Ermənistana gedəcəyəm: Azərbaycan sakini Ermənistana keçəcəyini bəyan edib

Azərbaycan sakini, Sumqayıt şəhər sakini Aysel Mustafayeva bir neçə gün əvvəl sosial şəbəkədə ölkə başçısı İlham Əliyevə sensasion videomüraciət edib.
A.Mustafayeva müraciətində məhkəmə və hüquq-mühafizə sahəsində süründürməşiliyə məruz qaldığını, buna etiraz olaraq Ermənistana keçəcəyini bildirmişdi.

Heç kimdən kömək istəmirəm, bu videomüraciəti də ona görə çəkirəm ki, inşallah biletimi almışam, dekabrın 5-də Azərbaycanı tərk edib Ermənistana keçirəm”- Mustafayeva deyib.

Azərbaycanlı qadın dedi ki, dəfələrlə, o cümlədən Sumqayıta etdiyi səfər zamanı İlham Əliyevə müraciət etməyə cəhd göstərib, amma nəticədə polis onu həbs edib.

Mustafayeva onu satqın adlandırmamağa çağırıb, çünki “dövlətimi satmamışam, amma məmurlar məni satıb”.

Qeyd edək ki, daha əvvəl ER Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan etnik azərbaycanlıların, o cümlədən Azərbaycan vətəndaşlarının Ermənistan ərazisinə heç bir maneə olmadan daxil ola biləcəyini bildirmişdi.

Daha çox göstər
Back to top button