İctimaiyyət

Gəncə məhbuslarının valideynləri hakimlərə etiraz etdi

Ötən ilin iyulunda Gəncədə icra başçısının güllələnməsindən sonra keçirilən etiraz aksiyasında iki polis polkovnikinin ölümündə ittiham olunan 8 nəfərin haqqındakı hökmdən apelyasiya şikayəti verilib. Bu iş üzrə apelyasiya məhkəməsi dekabrın 4-nə təyin olunsa da, keçirilməyib. Təqsirləndirilən şəxslərdən Abbas Abbasovun vəkili prosesə gecikib və qısa müddətdə çatacağını söyləyib. Lakin Gəncə Apelyasiya Məhkəməsinin hakimləri gözləməyib və məhkəmə prosesinin dekabrın 20-nə təxirə salındığını elan ediblər.

Meydan TV-nin məlumatına görə, valideynlər bu qərara etiraz ediblər.

Məhkəmə zalından çıxarılan valideynlər etirazlarını Bakı Apelyasiya Məhkəməsinin qarşısında davam etdiriblər. Hakim Salman Hüseynov valideynlərin suallarına cavab verməyib və çıxıb gedib.

Məhkəmə icraçıları və polislər onları Bakı Apelyasiya Məhkəməsinin həyətindən uzaqlaşdırıblar.

Məhkəmə prosesi dekabrın 20-də davam edəcək.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button