BaşlıcaSiyasət

Mnatsakanyan bir daha Artsax hakimiyyətlərinin birbaşa iştirakının zəruriliyini qeyd edib

Dekabrın 4-də  Bratislavada ATƏT-in 26-cı  nazirlər konfransı çərçivəsində  ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi və iştirakıyla  Ermənistan və Azərbaycan Xİ nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun görüşü keçirilib.   

ER XİN rəsmi saytının yaydığı məlumata görə, görüş zamanı  atəşkəs rejiminin gücləndirmə,  etimadın möhkəmləndirilmə tədbirlərinin  həyata keçirilməsi, eləcə də gələcək ilin  əvvəlində birgə işləri davam etmək proqramları müzakirə olunub.

ER Xİ naziri xalqları sülhə hazırlamaq üçün tədbirlər çərçivəsində Ermənistan, Artsax və Azərbaycandan jurnalistlərin mübadiləsi proqramının həyata keçirilməsi vasitəsilə   əldə edilmiş təvazökar nəticəni qeyd edib.

Bu kontekstdə jurnalistlər və cəmiyyətlər arasında belə birbaşa iştirakın davam etdirilməsi ehtimalı nəzərdən keçirilib. Eyni zamanda, digər etimad tədbirlərinin tətbiq olunmasının vacibliyi vurğulanmışdır.

Əvvəlki gün  Artsax Xİ naziriylə Yerevanda keçirilmiş görüşə  toxunaraq, nazir  Mnatsakanyan  bir daha  xüsusən tənzimləmə problemləri kontekstində Artsax hakimiyyətlərinin birbaşa iştirakının zəruriliyini qeyd edib.

Daha çox göstər
Back to top button