BaşlıcaSiyasət

Talış politoloq: “Azərbaycanda talış dilində heç bir məktəb və ya media yoxdur”

Azərbaycanda talışlara qarşı törədilən təzyiqlərə baxmayaraq, talışlar milli köklərinə qayıtmaq üçün hər şey edirlər. Bu barədə jurnalistlərə müsahibəsində talış politoloq Zahirəddin İbrahimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda talışların sayı artır, insanlar ana dilini öyrənirlər, bu isə çox sevindiricidir.

“Azərbaycan Avropanı ölkədə talış dilində məktəblər, radio və televiziyanın olmasına nə qədər inandırsa da, bu həqiqətə heç də uyğun gəlmir.  Bütün məsuliyyətlə bildirirəm ki, Azərbaycada talış dilində heç bir məktəb və ya media yoxdur. Hər sözüm üçün cavab verməyə hazıram”- deyə Zahirəddin İbrahimov qeyd etdi.

Daha çox göstər
Back to top button