BaşlıcaBeynəlxalq

Azərbaycan “İnsan İnkişafı -2019” indeksində 87-ci yerdədir

BMT dekabrın 9-da “2019-cu il İnsan İnkişafı Hesabatı”nı açıqlayıb. Hesabatda deyilir ki,  BMT İnkişaf Proqramının araşdırmasına görə, insan inkişafı proqresinin 20 faizi təhsil, səhiyyə və yaşam standartlarının qeyri-bərabər bölünməsi səbəbindən itirilib.  

Hesabat 189 ölkəni əhatə edir və ölkələr 4 qrupa bölünür.

“Ən yüksək insan inkişafı” adlı 1-ci qrupda ilk beşliyi Norveç, İsveçrə, İrlandiya, Almaniya və Çinin tərkibində olan Honq Konq şəhəri tutub.

Rusiya 49-cu yeri tutmaqla bu kateqoriyaya düşüb.

2-ci qrup “yüksək insan inkişafı” adlanır. Azərbaycan 87-ci pillədə bu kateqoriyada yer alıb. Gürcüstan 70-ci, Ermənistan 81 və İran 65-ci yeri tutaraq bu qrupa salınıblar.

Qırğızıstan (122), Tacikistan (125), Pakistan (152) kimi ölkələr “orta insan inkişafı” qrupundadır.

“Aşağı insan inkişafı” adlı 4-cü kateqoriyada son beşliyi Burundi (185), Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası və Niger (189) tutub.

BMT İnkişaf Proqramı belə nəticəyə gəlir ki, daha məhsuldar işçi qüvvəsi olan ölkələrdə hakimiyyət ancaq bir qrup adamın əlində cəmləşmir. Həmin ölkələrdə güclü həmkarlar ittifaqları fəaliyyət göstərir, yüksək minimum əməkhaqqı və sosial müdafiə təmin edilib, qadınların əmək bazarına cəlb edilməsi üçün geniş imkanlar var.

Daha çox göstər
Back to top button