BaşlıcaSiyasət

Bako Sahakyan DQR-nın Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə Artsax xalqını təbrik edib

Artsax Prezidenti Bako Sahakyan dekabrın 10-da DQR-nın Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə təbrik mesajı göndərib. Bu barədə Artsax Prezidenti administrasiyasından məlumat verilir.

“Hörmətli Artsaxlılar!

Sizi Respublika hakimiyyətinin və öz adımdan əhəmiyyətli bu dövlət bayramı olan DQR Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə ürəkdən təbrik edirəm. 1991-ci və 2006-cı illərdə bu gün xalqımız tarixi bir seçim etdi: öz səsini, azad və müstəqil Artsax, demokratiya, hüquqi və sosial dövlət qurmaq qərarı naminə verdi. Dövlət quruculuq yolumuzda ölkənin əsas qanununun – insanın, onun hüquqlarının, azadlıqlarının və maraqlarının qorunması üzərində qurulan Konstitusiyanın qəbul edilməsi çox mühüm addımdı. Bunlar vətəndaş cəmiyyətinin və demokratik institutların inkişafı üçün vacib olan ümumbəşəri dəyərlərdir.

Artıq 28 ildir ki, biz gün-günə ölkəmizi inkişaf etdirərək və güncləndirərək, dövlətçiliyin əsaslarını və xalqın təhlükəsizliyini gücləndirərək, insanların yaşayış şəraitlərini yaxşılaşdıraraq bu yolla gedirik. Bu, xalqımızın bütün çətinlikləri və sınaqları ləyaqətlə keçdiyi çətin bir yoldur”,-deyə təbrikdə deyilir.

Daha çox göstər
Back to top button