BaşlıcaTəhlil

Ermənistan Azərbaycan və Gürcüstanla müqayisədə daha mənfəətli vəziyyətdədir: Arayik Harutyunyan

Ermənistan Azərbaycan və Gürcüstanla müqayisədə daha mənfəətli vəziyyətdədir. Bunu öz Facebook səhifəsində Artsaxın sabiq Dövlət naziri, “Azad Vətən” partiyasının sədri Arayik Harutyunyan yazıb.

“2019-cu ildə Artsax Respublikasında 1 nəfərə düşən ÜDM göstəricisi ilkin hesablamalara görə, 4.800 ABŞ dollar təşkil edərək Ermənistan, Gürcüstan və Azərbaycandan irəli keçəcək.

Son günlərdə mətbuatda ER iqtisadi artım göstəricisinin geniş yayımı, qonşu Gürcüstanın qısqanc reaksiyası, Azərbaycandan isə daha yaxşı vəziyyətdə olduqlarını göstərmə cəhdləri olmasaydı bu fakta bəlkə toxunmayacaqdım.

Reallıqda Cənubi Qafqazın bütün respublikalarında yaşayan xalqların yaşam səviyyəsi əslində eynidir. Təbii, beynəlxalq səviyyəsində qəbul olunmuş alıcılıq qabiliyyəti paritetinin müqayisələri də vardır, amma paritet müqayisələri təmənasız deyil, subyektivdir. Məhsulların qiyməti, bu ölkələrin coğrafi məkandan, mövcud potensialından asılı olaraq, çox fərqlidir, lakin ümumi xərclərdə müqayisə eynidır. Beləcə, Azərbaycanda energetiklər daha ucuzsa, digər bir çox malların qiyməti Ermənistan və Gürcüstanla müqayisədə bahadır.

Problem başqa platformadadır.  Həm Ermənistanla Artsax, həm də Gürcüstanla Azərbaycan inkişaf etmiş ölkələrin yaşam səviyyəsindən bir neçə dəfə geridədir və bütün güc bu sahədə tətbiq olunmalıdır. Əsas çağırış budur.

İndi meyllər haqqında: Ermənistan Azərbaycan və Gürcüstanla müqayisədə daha mənfəətli vəziyyətdədir. Bu populizm deyil. 2020-ci ildə ER dövlət büdcəsinin xərcləri 2019-cu illə müqayisədə təxminən yarım milyard ABŞ dollarla artıb və bu, ER tarixində görünməmiş göstəricidir. Ermənistan iqtisadiyyatının real sektorunda artım olmasa, bu mümkün olmazdı. Bu və ya digər uğur barədə mübahisə etməyə nə qədər çalışsaq da, fakt budur. Məsələn, bu gün 2019-cu ildə ER Silahlı Qüvvələrinin görünməmiş həcmdə yeni silahlanma əldə etməsi ilə qürur duyuruq və bunun həcmi son bir neçə ildən daha çoxdur. Bu ilk növbədə iqtisadiyyatın inkişafının nəticəsidir.

2009-2010-cu illərdə Azərbaycan illik 50 mln tondan çox neft istehsal edirdi. Son illərdə isə bu göstərici tədricən azaldı və keçən il 36 mln-a çatdı. Bir neçə il sonra qonşu ölkə sonunda böyük neft gəlirlərindən məhrum olacaq. Təbii, hazırda daha böyük həcmlə qaz istehsal etməyə başladı, lakin ekspertlərin fikrincə, mavi yanacaqdan əldə olunan gəlir miqdarı qara qızıl ilə müqayisə olunmazdır. Bu faktdır.

Gürcüstanda da inkişafın stabil dinamikası davam edəcək, amma proqnozlaşdırılan nəticələrlə siyasi risklər daha böyük hesab olunur. Ermənistana gəlincə isə, öncədən oyunun yeni qanunları və xarici əməkdaşlıq iqtisadiyyatın daha yüksək nkişaf templəri təmin etmək üçün çox yaxşı şərtlər yaradıb və bu, Cənubi Qafqazda birinci olmağa imkan verir. 2030-cu ildə ER-da hər nəfərə düşən ÜDM-in 15 min ABŞ dollar təşkil etməsinə dair proqnozlarını real hesab edirəm.

Bəs əsas mesaj nədir?

Biz Pessimist əhvallardan imtina etməliyik, çünki biznesin inkişafı və böyük investisiyaların cəlb olunması üçün müsbət gözləntiləri yaratmaq çox vacibdir. Heç kimə sirr deyil ki, 2008-ci ildəki qlobal iqtisadi böhran, ekspertlərin fikrincə, bir çox ölkələrin iqtisadiyyatlarına daha çox psixoloji təsir nəticəsində zərər göstərmişdi. Güclü Ermənistan qurmaq üçün hər şeyimiz var – ağıllı cəmiyyətimiz, əlverişli iş mühiti, Qədim və Yeni Dünya sivilizasiyalarının kəsişdiyi gözəl bir ölkəmiz var”.

Daha çox göstər
Back to top button