BaşlıcaBeynəlxalq

Milanda Paşinyanın çıxışı zamanı sual verən azərbaycanlı “bloger” Azərbaycan parlament seçkilərində namizədliyini irəli sürüb

Milanın Erməni Müqəddəs Apostol Karasun Mankunq kilsəsində  erməni icmasının nümayəndələriylə baş nazir Nikol Paşinyanın görüşü zamanı  kilsəyə girmiş və azərbaycanlı bloger kimi təqdim edilmiş Ata Abdulayev  Azərbaycanda keçiriləcək  növbədənkənar parlament seçkilərində öz  namizədliyini irəli sürüb.

Onun namizədliyi Azərbaycanın Mərkəzi Seçki Komissiyasının rəsmi saytında qeydə alınmışdır.

Məlumdur ki,  Azərbaycanın övbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da  keçiriləcək. Seçkiqabağı təşviqat yanvarın 17-də başlayıb.

Qeyd edəki ki, kilsədə Paşinyanın çıxışı zamanı  azərbaycanlı bloger girərək, Paşinyanın demokrat olduğu üçün ona müharibəni dayandırmağını istədiklərini bildirib.

“Bu müharibə bizə lazım deyildir, biz demokratiya istəyirik, biz vətənimiz, torpağımızı istəyirik, xahiş edirəm, torpağımızı azad edin. Torpağımızı azad edin ki, Şuşim, Xocalum görə bilərəm”- deyə Abdulayev qeyd edib.

Sonra azərbaycanlı bloger soruşdu ki, ondan sonra onu  çıxmağa icazə verəcəkmi? “Bəli, mən  zəmanət veririəm”- deyə Paşinyan cavab verib.

“Faktdır ki,  Siz azərbaycanlı olaraq, erməni kilsəsinə girib Ermənistan baş nazirinə sual vermişsiniz. Bilin ki, Azərbaycan Prezidentinin iştirak etdiyi tədbirdə erməninin iştirak etməsi üçün heç bir fürsət olmayacaqdı”- deyə baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button