BaşlıcaMədəniyyət

Sən nifrətdoğuran deyil, artist olaraq yadda qalmalısan: Rene Pape

Tanınmış Alman bas Rene Pape, azərbaycanlı həmkarına nifrət təbliğ etməməyə çağırıb.

Musiqi ilə məşğul olmaq körpüləri məhv etməmək deyil, onları qurmaq deməkdir. Məşhur Alman bas Rene Pape azərbaycanlı tenorun davranışını belə şərh edib. Bu haqda dünya şöhrətli opera müğənnisi Hasmik Papyan öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, yanvarın 13-də məlum olub ki, opera müğənnisi Anna Netrebkonun həyat  yoldaşı , soyca azərbaycanlı müğənni Yusif  Eyvazov, fevralın 7-də keçirilən illik Drezden Opera balının  açılışı  mərasimində erməni müğənni Ruzan Mantaşyan ilə çıxış etməkdən imtina etdi.

“Ümumiyyətlə belə hadisələri şərh etmirəm, lakin bir drezdendənli müsiqiçi, sənətçi və irqçiliyə qarşı səfir olaraq hörmətli həmkarım Yusifova deməliyəm ki, şəhərimə və ya hər hansı bir yerə nifrət gətirməsin. Əziz Yusif, bilmirsənsə, deyəcəm ki, Drezdenin çox parlaq, çox qaranlıq və həm də şərəfli musiqi keçmişi vardır”,-Pape yazır.

Onun sözlərincə, Drezden yenidən Avropanın və dünyanın ən böyük şəhərlərindən birinə çevrilməyə çalışır və orada mahnı oxumaq böyük bir şərəf və üstünlük olmalıdır.

“Sən onun bir hissəsini olmaq üçün xoşbəxt və qürurlu olmalısan. Sən nifrətdoğuran kimi deyil, artist olaraq yadda qalmalısan”,-Pape qeyd etdi.

Hasmik Papyanın sözlərinə görə, opera müğənnisi Ruzan Mantaşyanla baş verən hadisəyə Alman müğenni Tomas Kvastoff da  reaksiya verib.

“Cənab Eyvazov, Sizə ayıb olsun! İrqçiliyin müğənni peşəsində və ümumiyyətlə bu dünyada yeri yoxdur”,-deyə Alman müğənni yazıb.

Xatırladaq ki, festival təşkilatçıları məlumat yaymışdılar ki, Eyvazov elə bir şey deməyib, Mantaşyan isə festivala dəvət olunmayıb. SemperOpernball komitəsi qeyd edib ki, erməni müğənnini təmsil edən Massis Opera fransız şirkəti ilə anlaşılmazlıq olub.

Daha çox göstər
Back to top button