BaşlıcaMədəniyyət

Yarxuşta festivalı bütün dünyada məşhur ola bilər və turistləri maraqlandıra bilər: Mexak Apresyan

Yarxuşta festivalı bütün dünyada məşhur ola bilər və turistləri ciddi maraqlandıra bilər. Bunu Sputnik Armeniaya müsahibədə Turizm özrə Erməni Federasiyasının sədri Mexak Apresyan deyib.

“Festivalın çox önəmli mesajı və mədəni elementi var. O, erməni rəqs sənətidir. O yalnız ölkə əhalisi üçün deyil, xaricilərə də maraqlı ola bilər. O dünya əhəmiyyəti olan bir festival ola bilər”,-deyə o qeyd etdi.

Apresyan hesab edir ki, festivalın keçirilməsi üçün tarixi bir yer seçirilməlidir. Festival turistik bir sezonda keçirilə bilər.

Mexak Apresyanın fikrincə, festival turizmin inkişafı üçün əhəmiyyətli faktordur. O qeyd edib ki, şərab, tolma, tut, qata və s. festivalları artıq Ermənistan xaricində də məşhurdur və bəzi turistlər məhz bunlar üçün Ermənistana gəlir.

Daha çox göstər
Back to top button