BaşlıcaBeynəlxalq

Armen Sargsyan Sürixdə Fransanın “Thales Group”-unun nümayəndələri ilə görüşüb

İşgüzar səfəri ilə İsveçrə Konfederasiyasında olan ER prezidenti Armen Sargsyan Sürixdə dünyanın aparıcı texnologiya şirkətlərindən biri, Fransanın “Thales Group”-un beynəlxalq inkişaf məsələləri üzrə Latin Amerika və Avrasiya baş vitse-prezidenti  herve Deman və şirkətin sabiq vitse-prezidenti Rafayel Eskinaz ilə görüşdü.

Görüşdə şirkət rəhbərliyi ilə keçən görüşlərdə əldə edilmiş razılaşmalar və əməkdaşlığın mümkun istiqamətləri üzrə müzakirələri davam edildi, yeni texnologiyalar sahəsindəki əməkdaşlığa, xüsusilə süni intellekt, rəqəmsal məlumatların idarə edilməsi və bir sıra digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə toxunuldu.

Ermənistanda yeni texnologiyaların və elmin inkişafına yönəlmiş prezidentin ATOM (Advanced Tomorrow) təşəbbüsü çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını yenidən qeud edən şirkət nümayəndələri, Ermənistan Thales kimi bir şirkət üçün çox vacib olan yüksək keyfiyyətli insan kapitalına, yaxşı təhsilə və texnologiya əsaslara sahibdir, hansı ki, səmərəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Daha çox göstər
Back to top button