ArtsaxBaşlıca

Bako Sahakyan Müdafiə Ordusunun Hərbi Şurasının iclasında iştirak edib

Yanvarın 21-də Artsax Respublikası Prezidenti Bako Sahakyan Stepanakerdə Müdafiə Ordusunun Hərbi Şurasının 2019-ci il yekunlarına və 2020-ci il planlarına həsr olunmuş iclasında iştirak edib. Bu barədə Artsax Respublikası Prezidenti administrasiyasından məlumat verilir.

Prezident Sahakyan qeyd edib ki, 2019-cu ildə Artsax Respublikası Müdafiə Ordusu qarşıda duran tapışırıqları əminliklə yerinə yetirərək ölkəmizin və xalqımızın təhlükəsizliyini, regionda sülh və sabitliyin saxlanılmasını təmin edib və MO şəxsi heyəti öz missiyasını çalışqan və sədaqətli xidməti ilə həyata keçirib.

Prezident Sahakyan 2019-cu ildə ordu quruculuğu sahəsində həyata keçirilmiş geniş miqyaslı işlər nəticələri ümumiyyətlə qənaətbəxş qiymətləndirdi və cari ildə yerinə yetiriləcək əsas vəzifələrlə bağlı müvafiq tapşırıqlar verdi.

Prezident qeyd etdi ki, Müdafiə Ordusu həmişə Artsax Respublikası müstəqilliyinin, təhlükəsizliyinin və inkişafının əsas təminatçısı olub. Sahakyan օrdunun, hər zaman olduğu kimi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyinə inamını ifadə etdi.

Daha çox göstər
Back to top button