BaşlıcaSiyasət

Xİ naziri: “Ermənistanın Qarabağ danışıqlarından çəkinmək niyyəti yoxdur”

Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları zəruri hesab edir və  ondan  çəkinmək niyyəti yoxdur. Bu haqda  ER Xarici işlər naziri Zohrab Mnatsakanyan yanvarın 22-də Ermənistan Respublikası  parlamentində keçirilmiş sual-cavab  ərzində “Mənim addımım” fraksiyasının  millət vəkili Sos Avetisyanın Azərbaycanda gözlənilən siyasi dəyişiklikləriə dair suala cavab olaraq bildirib.

“Azərbaycan tərəfində kim olmasından asılı olmayaraq biz Azərbaycanla öz mövqelərimiz  çərçivəsində danışıqlar aparırıq. Bu mənada, əlbəttə ki, seçki nəzərə aldığımız bir haldır, amma eyni zamanda danışıqların zəruri bir proses olduğunu və danışıqlardan yayınmaq məqsədimiz olmadığını vurğulayırıq”-deyərək  Mnatsakanyan qeyd edib.

2019-cu ildə Bakıda noyabrın 28-də hakim Yeni Azərbaycan partiyası siyasi şurasının növbədən kənar  iclası keçirildi və həmin zaman  parlamentin ləğvi barədə qərar qəbul edildi. Azərbaycan Parlamenti 5 il müddətinə seçilir. Son parlament seçkiləri 2015-ci il noyabrın 1-də keçirildi. Növbəti seçki 2020-ci il noyabr ayında keçirilməliydi.

Daha çox göstər
Back to top button