BaşlıcaBeynəlxalq

Azərbaycan korrupsiya indeksinə görə 180 ölkə arasında 126-cı yerdədir

Transparency International beynəlxalq qeyri-hökumət təşkilatı dünyanın 180 ölkəsində korrupsiyanın səviyyəsini təhlil edən illik araşdırmasını dərc edib.

2019-cu ildə liderlər qrupunda əvvəlkitək Yeni Zelandiya və Danimarka hər biri 87 balla birinci yerdədir, onların ardınca 86 balla Finlandiya gəlir. Onlar korrupsiyalaşmayan ölkələr kimi tanınırlar.

MDB ölkələri arasında Ermənistan 42 balla 77-ci, Gürcüstan isə 56 balla 44-cü yeri tutub.

Azərbaycan 2018-ci illə müqayisədə göstəricilərini yaxşılaşdırsa da 25 balla 126-cı yerdədir.

Reytinqin sonunda Suriya (13 bal), Cənubi Sudan (12 bal) və Somali (9 bal) yer alıb.

Daha çox göstər
Back to top button