BaşlıcaTəhlil

Bakı ermənilərinin qırğını: 1990-cı il

Ermənilərə qarşı nifrət dolu ifadələrin yayılmasının fonunda 1990-cı ilin yanvarın 13-də  Sovet Azərbaycanı paytaxtı Bakıda minlərlə mitinqdən sonra Azərbaycan Xalq Cəbhəsi fəallarının rəhbərliyiylə qruplara bölünmüş azərbaycanlılar əvvəlcədən verilmiş ünvanlardakı evlərə hücum edərək, erməniləri döyməyə, pəncərədən atmağa, zorakılıq törətməyə, öldürməyə başladılar. Bununla bağlı ER insan hüquqlarının ilk müdafiəçisi Larisa xanım Alaverdyan qeyd edir:

Azərbaycan əsrin əvvlində başlanmış ermənilərin soyqırımını  sona çatdırmağa  çalışırdı. Bunun üçün insan enerjisi və kifayyət qədər pul xərclənilib. Soyqırım insanlığa qarşı birbaşa cinayətdən  çox vacib bir şəkildə fərqlənir, odur ki, məhz bir millətin nümayəndələri öldürülür, təqib edilir, zorakılığa, talana məruz qalır. Bakıda yəhudilər və ruslar da əziyyət çəkdilər, amma bu öncə düşünülmüş deyildi, bir rus və ya bir yəhudi erməniləri gizlətməyə və ya kömək etməyə çalışarkən əzab əziyyətə düçar olurdu. Bir qrup məqsədli şəkildə, öz  milli mənliyi, erməni olduğu üçün məhv edildi. Bu baxımdan, 1990-cı il yanvarın 13-dən 19-dək törədilən hadisələr  ermənilərə qarşı  soyqırım aktı idi.

Bakını ermənilərdən azad etmək üçün hər şey düşünülmüş şəkildə və əvvəlcədən planlaşdırılırdı. 2012-ci ildə Azərbaycanın ANS TV telekanalının “Ən Yeni Tarix” verilişi zamanı 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin Milli Müdafiə Şurasının sədr müavini Nurəddin Xoca qeyd edir ki, Xalq Cəbhəsi Bakını ermənilərdən azad etməyi planlaşdırmışdı.

Təxminən 6 gün davam edən qırğınlar əvvəlcədən planlaşdırılaraq Azərbaycan Sovet hakimiyyətinin icazəsi ilə həyata keçirildi. Nə qədər ki yanvarın 19-da Bakıda Sovet hakimiyyəti  artıq təhlükə altına düşərkən ,  M. Qorbaçov Bakıda yalnız o zaman fövqəladə vəziyyət rejimini tətbiq etmək haqqında sərəncam imzaladı.

Bakıda ən azı  700 insan vəhşicəsinə qətlə yetirildi və bilməliyik ki, döyülən və işgəncə verilmiş şəxslər sonra dünyalarını dəyişdi. Mən şəxsən Yerevanda  döyülənlərdən çoxları ziyarət etmişdim. Eynisi bərə üzərində törədilib, orada erməniləri öldürürdülər və işgəncə verirdilər. Bütün bu cinayətlər Azərbaycan tərəfindən tanınmalıdır, heç bir cinayət cəzasız qalmamalıdır. Almaniyada olduğu kimi, azərbaycanlılar bütün bu qeyri-insani cinayətləri, vəhşilikləri qəbul edərsə, o zaman rahatlana bilər”– deyə Larisa Alaverdyan qeyd edir.

Qırğınlar barədə danışanlar yalnız erməni mənbələri və şahidləri deyil, xarici jurnalistlər və beynəlxalq qəzetlərin Bakıdakı müxbirləri də ermənilərə qarşı vəhşiliklər barədə məlumat verdilər. Ancaq ən maraqlısı odur ki, azərbaycanlı müəlliflər də ermənilərə qarşı törədilən vəhşiliklərə toxunub. Larisa Alaverdyan bildirir.

Təkcə ermənilərdən deyil, həm də azərbaycanlılar tərəfindən  dəlillər çoxdur. Mən bunu qəhrəmanlıq hesab edirəm. Əkrəm Əylislinin “Daş Yuxular” kitabı, Zeynal İbrahimovun “Oğluma 35 məktub” kitabı dediklərimin parlaq  misalıdır. Kitabdakı məktublar nə ermənilərə, nə də azərbaycanlılara nifrət təsvir etmir. O, öz gözləri ilə gördüklərini yazaraq qeyd etdi. İnanıram, bir gün Azərbaycanda başa düşəcəklər ki, nifrətçilik  toxumunu səpməklə heç bir inkişafa nail olmaq  mümkün deyil. Əminəm ki, o gün gələcəkdir,haçan onlar erməni öldürdükləri üçün  qürur hissini  artıq keçirməyəcəklər”.

1990-cı ildəki qırğınlar birinci deyildi. Bütün bunlarsa aydın şəkildə göstərir ki, cəzasızlıq yeni cinayətlər doğur. Ermənilərə nifrətçilik təbliğatı ilə ortaya çıxan neqativ halların aradan qaldırılması prosesində Azərbaycan hakimiyyətinin ermənilərə qarşı qırğınlara, o cümlədən Bakı qırğınlarına görə məsuliyyət daşıması vacib addım ola bilər.

Daha çox göstər
Back to top button